Abdulla Öcalan ölüb?

PKK lideri Abdulla Öcalanın ölüm xəbəri yayılıb.

PKK liderinin ölümü ilə bağlı məlumatı Milliyətçi Hərakat Partiyasının (MHP) üzvü, Ankaradan seçilən millət vəkili Şəfqət Çətin Tvitter hesabında yazıb.


Parlament üzvü iddia edib ki, Abdulla Özalanın ölümü ictimaiyyətdən gizlədilir.

Millət vəkilinin sensasion iddiasına Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ cavab verib. Nazir Abdulla Öcalanın ölmədiyini, bu barədə yayılan xəbərin yalan olduğunu qeyd edib.

Bəkir Bozdağ hesab edir ki, PKK liderinin ölüm xəbərinin yayılması Türkiyəyə qarşı təxribatdır.

azvision.az