ABŞ-ın Rusiyanın paytaxtı Moskvadakı səfirliyinin binasına bomba qoyulması barədə anonim zəng edilib. sabahinfo.az saytı xəbər verir ki, bu barədə "Report" "RİA Novosti"yə istinadən məlumat yayıb. "Yerli vaxtla saat 20:10-da ABŞ-ın Rusiyadakı səfirliyində partlayış təhlükəsi barədə anonim zəng daxil olub" – deyə mənbə agentliyə bildirib.
Səfirlik və hüquq-mühafizə orqanları məsələ ilə bağlı rəsmi münasibət bildirməyib.