Məhkəmə sədri 65 yaşında vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.

Sabahinfo.az xəbər verir ki,  o, bu gün səhər saatlarında ürək tutmasından 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Nəbiyev 2000-ci ildən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.