Bakı Baş Gömrük İdarəsində Zəfər Günü qeyd edilib

Bakı Baş Gömrük İdarəsində 8 Noyabr-Zəfər Gününə həsr olunan tədbir keçirilib. SABAHİNFO.AZ xəbər verir ki,  tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin ərazi bütövlüyümüzün  qorunması və bərpası məqsədilə həyata keçirdiyi uzaqgörən siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək torpaqlarımızın işğaldan azad olunmasından, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti, Azərbaycan Ordusunun rəşadəti, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi hesabına 30 illik işğala son qoyuldu və üç rəngli bayrağımız Şuşada dalğalandırıldı.

Tədbirdə çıxış edən şəhid ailələrinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları Azərbaycan ordusunun keçdiyi döyüş yolundan, tarixi zəfərimizdən qürurla bəhs ediblər.

Sonda 44 günlük Vətən müharibəsində şanlı ordumuzun döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.