“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” VIII Qlobal Bakı Forumu dünyamızın bundan sonrakı inkişafına öz müsbət töhfəsini verəcək”. Bunu Yeni həyat iqtisadi inkişaf İctimai Birliyinin sədri Ədil Ədilzadə deyib. Onun sözlərinə görə , Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında həyata keçirilən mötəbər tədbirdir: “Bu kimi tədbirlərin həyata keçirilməsi qlobal iqtisadiyyatda yaranmış problemləri aradan qaldıracaq. Dünyanın 40 dan çox ölkəsinin vahid mövqedən çıxış etməsi, yeni dünya düzəni ilə bağlı qərar qəbul etməsi pandemiyadan sonrakı dövrdə iqtisadi artımları əldə olunmasına hesablanıb. Məlum məsələdir ki, pamdemiya hər bir ölkənin iqtisadiyyatına öz mənfi təsirlərini göstərib. Bu yöndə yaranan problemlər ölkələr fonunda dünya iqtisadiyyatına da təsirsiz otüşməyib. Artıq qiymətlər qalxır. Qida və yanacağın qiymətinin artması təbii ki, məcburi addım kimi dəyərləndirilir. Ancaq bu yöndə qərar qəbul olunmasının vaxtıdır. Bu işdə Azərbaycanın xüsusi rolunun olması isə onu deməyə əsas verir ki, ölkəmiz istər pamdemiya istərsədə pandemiyadan sonrakı dövrdə düzgün siyasət aparır. Həyata keçirilən işlər ölkə vətəndaşlarının pandemiyadan minimum zərərlə çıxmasını şərtləndirib”.
Ə.Ədilzadə onu da bildirib ki, Cənab Prezident İlham Əliyev Qlobal Bakı Forumunda çıxışı zamanı dünyada baş verən proseslərə biganə qalmamağın və beynəlxalq səylərə dəstək verilməsinin vacibliyini diqqətə çatdırdı: “Dövlət başçısı Forumda əhatəli və əsaslandırılmış çıxış etdi. Cənab İlham Əliyev Azərbaycanın pamdemiya dövründə gördüyü işləri bu istiqamətdə strategiya barəsində məlumat verdi. Biz forumun gedişində də gördük ki, dünya ölkələri də Azərbaycan təcrübəsindən yararlanmaq istəyirlər. Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, İsrailin sabiq Baş naziri Ehud Barak və digərləri Azərbaycan təcrübəsindən yararlanmağın faydalanmağı diqqətə çatdırdılar. Bütün bunlar onu deməyə əasas verir ki, dünyanın hazır olmadığı pandemiya şəraitində Azərbaycanda düşünülmüş və uzaqgörən siyasət nəticəsində həm pandemiya ilə mübarizə effektiv təşkil olundu, eyni zamanda iqtisadi məsələlər, aztəminatlı ailələrə yardımların təşkil olunması nəticəsində ölkəmiz pandemiyadan az təsirlə çıxan ölkələr arasındadır. Həyata keçirilən işlər nəticəsində Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi də Azərbaycana öz təşəkkürlərini ifadə ediblər”.