Bakı-Naxçıvan təyyarəsi dumana görə geri qayıdıb

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

AZAL-dan Sabahinfo.az-a verilən məlumata görə, təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.