Bakı şəhər prokuroruna böyük köməkçi təyin olundu

Rahim Səfəralıyev Bakı şəhər prokurorunun böyük köməkçisi təyin olunub.

Sabahinfo.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

O, bu təyinatadək Xızı rayonunun prokuroru vəzifəsində işləyirdi.

Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər./Report