Bakı-Sumqayıt istiqamətində qatarların sayı artırılır

Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə 21 oktyabr tarixindən bu xətt üzrə hərəkət edən qatarların sayı artırılacaq.

Bu barədə Sabahinfo.az-a "Azərbaycan Dəmir Yollar" QSC-dən məlumat verilib.

Bildirilib ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə artırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.

O cümlədən, Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.

Yeni cədvəlləri təqdim edirik. Qeyd edək ki, cədvəllərdə əlavə olunmuş reyslər qırmızı, dəyişiklik olunmuş reyslər isə sarı rənglə fərqləndirilib.