Bakıda 14 yaşlı qız və 16 yaşlı oğlan itkin düşdülər

Bakıda 16 yaşlı oğlan itkin düşüb.

Sabahinfo.az xəbər verir ki, Suraxanı rayonunda yaşayan 2006-cı il təvəllüdlü Kənan Vəliyev avqustun 27-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.

Digər hadisə isə Nərimanov rayonu ərazisində qeydə alınıb. Nənəsinin himayəsində yaşayan 2008-ci il təvəllüdlü Fatimə Məmmədova evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.(apa)