Bakıda 17 yaşlı qız itkin düşüb.
“Report” xəbər verir ki, dekabrın 26-da 2005-ci il təvəllüdlü Aytac Xəlilzadə yaşadığı Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 11 ünvanından işə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində araşdırma aparılır.