Bakının Xəzər rayonunun Qala qəsəbəsində 19 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2004-cü il təvəllüdlü Zamanov Cəmşid Şamis oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.