Bakıda 32 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Nəbiyeva İradə Məhəmməd qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.