Bakıda 5000 manatlıq lotereya oğurlanıb.
Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildiirlib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Sabunçu qəsəbəsindəki evlərin birindən 5000 manat dəyərində 530 ədəd lotereya oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Şəfiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.