Bakıda küçədə dörd yaşlı uşaq tapılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında yazıb.
O bildirib ki, uşağı polis aşkarlayaraq sığınacağa gətirib. Birlik sədrinin sözlərinə görə, dörd yaşlı oğlanı anası bu gecə küçədə tək qoyaraq tərk edib.