Bakıda beş yaşlı uşağı avtomobil vurub

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı uşağı avtomobil vurub.

Sabahinfo.az xəbər verir ki, hadisə Zığ qəsəbəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Cəfərov Hüseyn Atakişi oğlu Zığ şosesində əks istiqamətə keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.(apa)