Bakıda  DƏHŞƏT - Gənc qız ölümcül zəhərləndi

Bakıda hoteldə zəhərlənən 21 yaşlı qız xəstəxanaya yerləşdirilib.

Sabahinfo.az xəbər verir ki, hadisə aprelin 24-də saat 05 radələrində baş verib. Sübh çağı Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən hoteldən Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü N.Q. ağır dərəcəli zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildiriblər.

İlkin araşdırmalar zamanı gənc qızın hoteldə olarkən narkotik vasitə qəbul etməsi və bunun təsirindən zəhərlənməsi müəyyən edilib.

Araşdırmalar davam etdirilir. /Qafqazinfo