Bakıda hamilə arvadının boğazını kəsən şəxsə məhkəmə hansı cəzanı verdi? - VİDEO

Bakı Ağır Cinayətlər məhkəməsində həyat yoldaşını xüsusi amanasızlıqla qətlə yetirməkdə təqsirləndirilən Anar Bəkirovun məhkəməsi yekunlaşıb.

“İctimai TV” xəbər verir ki, Abşeron rayonunun Qobu qəsəbəsində Anar Bəkirov 2020-ci il aprelin 29-da hamilə yoldaşı Leyla Bəkirovanın bıçaqla boğazını kəsib.

Məlumatlara görə, cütlük 2014-cü ildə sosial şəbəkədə tanış olsalar da, sonrada qohum olduqlarını öyrəniblər.

2017-ci ailədə ailə həyatı qurublar. Ailədə mübahisələr A.Bəkirovun marixuana və patı adlanan narkotik maddə qəbul etməsindən sonra başlayıb.

Təqsirləndirilən şəxsin hərəkətlərində qəribəliklər olduğuna görə ekspertiza təyin edilib. Tibbi ekspertlər onun anlaqsız olması barədə rəy verib.

Onun bu əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinə tövsif edilib. Məhkəmə narkoloji ekspertizasının rəyinə görə, A.Bəkirovda narkotik vasitələrdən asılılıq sindromu aşkar edilib.

Ekspert rəyinə əsaslanan Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət işi ilə bağlı hökm deyil, qərar qəbul edib.

Qeyd edək ki, cütlüyün 1 azyaşlı qız övladı var.

Daha ətraflı süjetdə: