Bakıda hamilə qadın evdə ölüb

Bakıda hamilə qadın evdə ölüb.

Sabahinfo.az "Report"a istinadən bildirir ki, hadisə noyabrın 30-da Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Sumqayıt şəhərində anadan olmuş, 5 aylıq hamilə Nəzrin Həsənova yaşadığı Binəqədi rayonu ərazisindəki ünvanda hamiləlik qanaxması səbəbindən vəfat etib.

N.Həsənovanın meyiti daxili müayinə edilməsi üçün MTE va PA birliyinə göndərilib.

Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.