Bakıda kafedə 28 yaşlı oğlan bıçaqlandı

Bakıda kafedə bıçaqlanma olub.

Sabahinfo.az xəbər verir ki, hadisə Nərimanov rayonu, A.Nemətulla 23 ünvanında yerləşən kafedə qeydə alınıb.

Şəhər sakini Türkel Abdullayev tanışı, 1994-cü il təvəllüdlü Orxan Səmədovu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.