Sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı video yayılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sabahinfo.az-a bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar və hazırda araşdırma aparılır.
Qeyd edək ki, hadisənin Bakının 112 saylı orta məktəbində baş verdiyi bildirilir.