Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
“Report”un məlumatına görə, 2001-ci il təvəllüdlü Abdullayeva Mədinə Səxavət qızı tanıdığı şəxs tərəfindən döyülərək xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.