Bakıda 18 yaşlı qız itkin düşüb.
Sabahinfo.az xəbər verir ki, hadisə mayın 21-də paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Osmanova Səriyyə Rəşid qızı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.