Noyabrın 3-də Bakıda "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi açılacaq. Bakıdakı "Həştərxan İş Mərkəzi"nin açıq meydançasında keçiriləcək "Rusiya-Azərbaycan Tarla Günü" kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisində Rusiyanı 14 müəssisə- Rostselmaş, Klever, Volqa Kombinat Zavodu (AGROMASH), Melinvest, Traktor MMC (URALETS), Kuzembetevski RMZ ASC, Salskselmash MMC, AgroPostavka MMC, Cənubi Ural Çəki Zavodu və başqaları təmsil edəcək.
Bakıdakı "Həştərxan İş Mərkəzi"nin açıq meydançasında keçiriləcək "Rusiya-Azərbaycan Tarla Günü" sərgisi 2 gün davam edəcək. Qeyd edək ki, Bakıdakı "Həştərxan İş Mərkəzi"nin açılışı 2021-ci ilin dekabrında baş tutub.