Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarov növbəti dəfə vəkili ilə görüşüb. Bu barədə Trend-ə A.Çovdarovun vəkili məlumat verib.
Vəkil bildirib ki, A.Çovdarov hazırda 1 saylı Bakı İstintaq təcridxanasında saxlanılır və vəziyyəti normaldır: "Saxlanma şəraiti tam normaldır. Hər dəfə görüşəndə problemləri ilə maraqlanıram. Hələlik heç nədən şikayəti yoxdur”.
A.Çovdarovun şikayət etməsi, ailə üzvlərinin dövlət başçısına müraciəti ilə bağlı yayılan məlumata gəlincə, vəkil qeyd edib ki, müdafiə etdiyi şəxsin adından mətbuatda yayılanlar yalandır: "Onun vəkili mənəm. Mən bu barədə mətbuata heç bir açıqlama verməmişəm. Nə bu vaxta qədər Akif Çovdarov heç kəs barəsində heç kəsə şikayət etməyib, nə də ailə üzvləri. Bunlar Akif Çovdarovun adından yayılan yalan məlumatlardır".
Qeyd edək ki, A.Çovdarov Cinayət Məcəlləsinin 302.2 (Əməliyyat-axratış fəaliyyəti haqqında qanunvericiliyi pozma (eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə etməklə törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, Səbail rayon məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrum edilib.