"Bu gün Qarabağ Azadlıq Təşkilatının İdarə Heyətinin iclası keçiriləcək. İclasda bütün məsələlər müzakirə ediləcək”.
Sabahinfo.az xəbər verir ki, bunuModern.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT)sədri Akif Nağı deyib.
Təşkilat sədri vurğulayıb ki, son günlər cəbhədəki hadisələrlə bağlı dəyirmi masa keçirmək fikrindədirlər.
"Geniş bir dəyirmi masa keçirməyi fikirləşirik. Partiya nümayəndələrini, deputatları, QHT-ləri, ictimai-siyasi xadimləri dəyirmi masaya dəvət etmək fikrimiz var. Bu gün görüşün vaxtı da müəyyənləşəcək.
İstəyirik ki, cəbhədə baş verən hadisələrlə bağlı analizlər aparılsın. Məncə, sırf partiya sədrləri ilə görüşməyə ehtiyac yoxdur. Buna baxmayaraq, hər bir partiyanı görüşə dəvət edəcəyik. Partiyaların nümayəndələri də dəyirmi masaya qatıla bilər”- deyə o bildirib.