Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Virtual Qarabağ İKT mərkəzinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin, "Sağlam Düşüncə” Gənclər təşkilatının,IB Club Gənclərin İnkişaf Mərkəzinin və"Park Bulvar” AVM-intərəfdaşlığı ilə VIII-qrant müsabiqəsi şərçivəsində qalib olmuş Al-Əlvan Qarabağ adlı layihənin açılış mərasimi keçirilib.
Adalet.azxəbər verir ki, layihənin rəsmi hissəsində Şəmkir rayon İcra Hakimiyyətinin, Şəmkir rayon Polis Şöbəsinin, Şəmkir rayon Gənclər və İdman İdarəsinin,Şəmkir rayon Təhsil şöbəsinin,"Zəka” Gənclərin İntellektual İnkişaf və YaradıcılıqMərkəzinin, "Sağlam Düşüncə” Gənclər Təşkilatınınvə IB Club Gənclərin İnkişaf Mərkəzinin əməkdaşları, eləcədə Şəmkir şəhərində fəaliyyət göstərən digər dövlət idarə və müəssisələrinin, özəl qurumların əməkdaşları və şəhərin fəal gəncləri iştirak etdilər.
Layihənin rəhbəri Güllü Atakişiyeva açılış mərasimində qonaqlara layihə mövzusu ilə bağlı ətraflı məlumatlar verərək qeyd etdi ki, layihənin məqsədi Qarabağ xalçaçılıq məktəbinin spesifikliyini rəsm sənəti ilə gənclərə təbliğ etməkdir.
Açılış mərasimin ardınca "Zəka” Gənclər Mərkəzində fəaliyyət göstərən Müasir İncəsənət Qaleriyasında şüşə üzərində Qarabağ xalçaları təsvir olunmuş rəsm əsərləri nümayiş olundu. Qeyd edək ki, sərgidə 25 əsər nümayiş edildi və sərgiyə baxış keçirildikdən sonra əsərlər səs vermə nəticəsində müəyyənləşdirildi. Səs vermənin davamı Bakı şəhərində keçiriləcək sərgidə bəlli olacaq. Ən çox səs toplamış 3 əsərin qalibi seçilərək plaket təqdim olunacaq. Sərginin sonunda sərgiyə təqdim olunan əsərlərin müəllifləri sertifikatlarla təltif olundu.
Nəzərinizə çatdıraq ki, layihənin növbəti təqdimat mərasimi oktyabr ayının ilk yarısında Bakı şəhər Binəqədi rayonununda, sərgi isə Park Bulvar alış-veriş mərkəzində nümayiş olunacaq.