Artıq bir neçə gündən məktəb başlayır.Təbii ki,bu bahaçılıq çağında valideynləri düşündürən şeylərdən biri də məktəblilərin geyimidir,çoxunun indidən buna imkanı yoxdur..
Elə belə məqamlarda bir çox kasıbların köməyinə hörmətli millət vəkilimiz Nəsib müəllim çatdı. Bu gün onun göndərdiyi 100-ə yaxın şəhid,qazi və lap imkansız uşaqlara,məktəblilərə məktəbli geyimlərini köməkçisi Yusif müəllim təşkilatçılığı ilə çatdırdıq.Və bu görüşlərdən çəkdiyim bəzi kadrları paylaşıram.
Yusif müəllim sadəcə geyimləri paylamır,həm də mövcud problemləri dinləyir,qeyd edir, Nəsib müəllimə çatdırır və hörmətli millət vəkilimiz də aidiyyəti qurumlar qarşısında məsələ qaldırır..Hər ilki ənənənizə sadiq qalaraq bu il də Balakən məktəblilərini sevindirdiniz..Təşəkkürlər edirik, Allah da sizi sevindirsin..
Balakən sakinləri