Ötən ay ərzində 1 647 620 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
ANAMA-nın
 mətbuat xidmətindən verilən məlumata görə, 144 PHS, 3 ədəd tank 
əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar edilərək 
zərərsizləşdirilib.
Əməliyyatlarda
 486 minaaxtaran mütəxəssis, 115 nəfərlik yardımçı heyət, həmçinin 
əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it 
iştirak edir.
İndiyədək cəmi 284 700 992 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690 104-dir.
Agentlik
 tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, 
Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, 
Abşeron və Tərtər rayonlarında davam etdirilir.
2015-ci ilin aprel ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.