"Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacam”
"Öz xahişim və ərizəmlə işdən azad olunmuşam”.
Sabahinfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Anar Qədirli deyib.
Anar Qədirli bir müddət öncə başqa bir vəzifə ilə bağlı təklif aldığını açıqlayıb: "Həmin təklifi dəyərləndirdim. Hazırda nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsi ilə bağlı işlərin təhvil-təslimi gedir. Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacağam. Yeni vəzifəmin nədən ibarət olacağı haqda 2-3 gün ərzində məlumat veriləcək”.
O, həmçinin, bundan sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcək Liya Bayramovanın bu vaxta kimi "Zerkalo” qəzetində şöbə müdiri çalışdığını açıqlayıb.