ANS-in yayım lisenziyasının ləğvi ilə ölümə məhkum Azərbaycan mətbuatı boynundakı ipdən necə xilas olacaq bunu təxmin etmək çətindir.Çünki bir televiziya kimi ANS bu ölkədə demoktarik adı altında birləşən bütün nüansları özündə ehtiva edirdi.Qafqazın ilk müstəqil telekanalı tarixin imkan yaratdığı qədər müstəqil idi,həm də vətənpərvər.Azərbaycanın hürriyyət tarixi ilə paralel böyüyüb,savaşlarda bərkimişdi.Şəhid vermişdi-bilirdi bu ağrı-acını,xalqın inam yeri idi-çünki təsisçiləri xalq arasından çıxmışdı,vətənpərvər idi-çünki səngərlərdə yaranmışdı,dəqiq,qərəzsiz,Vicdanlı idi..... niyyəti obyektiv xəbərçiliklə hər daim Dövlətçiliyin keşiyində durmaq idi çünki....25 yaşını haqlayan ANS bu illər ərzində loqosunu bir neçə dəfə dəyişsə də, amalını dəyişmədi.Doğruya doğru dedi.İşi sadəcə xəbər vermək oldu.Xəbər...Ona heç bir don biçmədən güzgü tutdu cəmiyyətə....İmkan yaratdı özümüzə kənardan baxaq deyə.Hər zaman birlik,bərabərlik carçısı oldu.Efiində hər kəsə yer ayırdı.Bu xalqa,dövlətə fayda verən heç kəsi unutmadı,unutdurmadı.Savaşlarda barıt qoxan kadrlarla tarix yazan ANS qan yaddaşımızı qərq olmaya qoymadı.Hər gün evimizə daşıdı erməni təcavüzünün hələ bitmədiyini.Dünyanın gözünün içinə Qarabağ həqiqətlərini dedi.Faktlarla susdurdu dil pəhləvanlarını.Xəbər verməklə qazandı ANS xalqın etimadını.Xəbər verməklə.... İnformasiya blokadasını yardı dəfələrlə.Ağzına sualmışlara xalqa xidmət etməli olduqlarını yada saldı.Hesabat vermək üçün meydan verdi "xidmətçilərə”,ifşa etməkdən usanmadı rüşvətorları...Heç kəsə qara yaxmadı,sadəcə xəbər verdi.Xəbər.....Çeçenistan,Qırğızıstan,Ukrayna,Misir,Liviya.Suriya,İraq,Əfqanıstan.....adını eşidib üzünü görmədiyimiz dünyanın 10-larla qaynar nöqtəsində kamerası ilə lövbər saldı.Göstərdi dünyanın oyunbazlar üçün oyuncağa çevrildiyini.Amma bir zad amalına üz çevirmədi.Dünyadan xəbər verdi-biz nəticə çıxaraq deyə.....Xalqın uman yeri oldu bu illər ərzində.Giley-güzarlarını ANS mikrofonlarına etibar etdilər.Səngərdə ayıq əsgər tək idi ANS.Xəbərə etimadı vardı çünki...Səhvi-düzü ilə o sevilirdi. Zəngin keçmişə malik ANS TV –dən keçmiş zamanda danışmaq,sanki bir daha ANS olmayacaq kimi pessimist niyyətim yoxdur.Əsla,yoxdur!Mübarizələrdə bərkiyən ,1 aydan artıqdır yayımı dayandırılan kanalın bü gün bir tək efiri yoxdur.Hər şey qaldığı yerdədir.Xalqa xidmətinin mükafatını dəfələrlə Xalq Rəhbərindən alan telekanalın bu dəfə də meydanda tək buraxılmayacağına şübhə yoxdur.Çünki ANS Azərbaycanın olmazsa olmazıdır.Əks təqdirdə ,itirən bir tək bizik.40 günə yaxındır ANS-sizsiniz.Odur ki,lütfən obyektiv olun!
Bu günlərdə ANS SİZSİNİZ!
Bu günlərdə ANS SİZSİNİZ!