Araz Əlizadə: "Əli Kərimliyə ancaq psixiatr kömək edə bilər"

"Əli Kərimli artıq nə etdiyini bilmir, ona ancaq psixiatr kömək edə bilər".

Sabahinfo.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə deyib.

A.Əlizadə bildirib ki, buna psixiatriyada patalogiya deyirlər: "İnsan istədiyi məqsədə nail ola bilməyəndə onun beynində müəyyən dəyişikliklər baş verir və xəstələnir. Bu zaman artıq onun üçün Vətən, millət və digər məhfumlar itir. Mənə elə gəlir ki, Əli Kərimli özünü psixiatra göstərsə, daha yaxşı olar".

A.Əlizadə qeyd edib ki, Əli Kərimli universiteti qurtaran kimi dövlət katibi olub, ondan sonra partiya lideri, deputat olub və bunlar onun əlindən çıxandan sonra bu dünyadan inciyib: "Ona görə də Əli Kərimli nə dediyini özü də bilmir. Bu, psixiatr işidir. Onu ancaq psixiatr müalicə edə bilər".