ARB TV-nin "Səhər-səhər” proqramının çəkilişi zamanı aparıcısı Elgiz Əkbərlə qonaq arasında gərginlik yaşanıb.
Axşam.az xəbər verir ki, proqramın aparıcısı Elgizin verilişdən uzaqlaşdırılması məlumatı yayılıb.
Məsələ ilə bağlı kanalın Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov açıqlama verib. O bildirib ki, aparıcı kanaldan qovulmayıb:
"Bu məsələ ilə bağlı heç bir xüsusi iclas olmayıb. "Səhər-səhər” verilişinin çəkilişi zamanı aparıcı ilə qonaq arasında müəyyən anlaşılmazlıq olub və gərginlik yaşanıb. Sonradan məsələ öz həllini tapıb. Burda böyüdüləcək bir şey yoxdur. Bazar ertəsi adı çəkilən veriliş Elgiz Əkbərin təqdimatında yayımlanacaq”.