Arif Quliyev: “Ciyərinin yarısını həyat yoldaşıma verəcək”

Xalq artisti Arif Quliyevin Hepatit C vurusuna yoluxan həyat yoldaşının müalicəsi üçün 70 min tələb olunur.

Sabahinfo.az xəbər verir ki, bu barədə AzNews.az-a aktyorun özü məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşının müalicəsi üçün lazım olan donor tapılıb:"Donor üçün adam var, ucuz danışmışam. O, ciyərinin yarısını verir. Hazırda müalicə olunur. Çalışacağam ki, 5-6 konsert verim, oradan pul toplayım. 4 otaqlı evimiz var, hamılıqla orada yaşayırıq. Ona görə də evi sata bilmərəm. "Semaşko” xəstəxanasının əməkdaşları sağ olsunlar, Ziyafət xanım bizim üçün əlindən gələni edir. Dünən də dostlarımın köməyi ilə 1400 manatlıq dərman aldıq. Bu dərman ona çox kömək edəcək”.

A.Quliyev qeyd edib ki, özünün də ayağında problemlər var və hazırda müalicə olunmaq üçün Naftalana yollanır.

Qeyd edək ki, Arif Quliyevin həyat yoldaşı Hepatit C virusuna yoluxub. Xəstəlik 57 yaşlı xanımda təxminən 6 ay əvvəl aşkarlanıb. Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilib.