Ötən gecə Avropanın yaşıl meydanlarında maraqlı futbol matçları baş tutub.
Sabahinfo.az xəbər verir ki, İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Barselona" və "Atletiko" komandalarının oyunu kifayət qədər məhsuldar alınıb. Dramatik keçən görüşdə qapılara 8 qol vurulub. Komandalar hərəyə 4 dəfə fərqləniblər.
Cavab qarşılaşması aprelin 2-də Madriddə olacaq.