Arvadını öldürən ər polisə təslim oldu

Tərtər rayon sakini həyat yoldaşını qətlə yetirib.

Daxili İşlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib və nəticədə R.Cəfərli hadisə yerində ölüb.

E.Hüseynov könüllü Tərtər RPŞ-yə gələrək istintaqa təslim olub.

Faktla əlaqədar cinayət işi başlanıb.