AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası aprelin 20-24-də Strasburqda keçiriləcək.


Sabahinfo.az AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, deputatların müzakirə edəcəyi əsas mövzular insan haqları və beynəlxalq hüquqa riayət olunmasının zəruriliyi, "İslam Dövləti" terror qruplaşmasının fəaliyyəti nəticəsində yaranan humanitar vəziyyət, Avropa Şurasının yaxın 2 il ərzində büdcəsi və prioritetlərinin müəyyənləşdirilməsi, Avropada transgender insanlara qarşı ayrıseçkilik məsələləri olacaq.


Aprelin 22-də Rusiyanın AŞPA-dakı nümayəndə heyəti ilə bağlı sanksiyalara yenidən baxılması məsələsi müzakirə olunacaq.


Belçika XİN rəhbəri Didye Reynders Belçikanın sədrliyi çərçivəsində AŞ Nazirlər Komitəsinin məlumatını sessiya iştirakçılarına təqdim edəcək. Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjniyeks 2014-cü ildəki fəaliyyəti haqqında illik hesabat verəcək.