"Başqa humanitar yollardan istifadə etmək lazımdır" - Rusiyanın BMT-dəki nümayəndəsi

Qarabağ ətrafında gərginliyin tez bir zamanda aradan qaldırılması üçün addımlar atılmalıdır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya nümayəndəsi Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının sessiyasında Qarabağdakı vəziyyətlə bağlı çıxışında deyib. 

"Xüsusən, Laçın dəhlizindən başqa humanitar yollardan istifadə etmək lazımdır. Rusiya Federasiyası dost ölkələrimiz olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək vermək üçün bu böhranın tezliklə aradan qaldırılması üçün bütün səylərini göstərir. Biz bütün səviyyələrdə və yerdə siyasi və diplomatik olaraq əlimizdən gələni edirik ki, Rusiya sülhməramlı qüvvələri regionda humanitar fəlakətin qarşısını alsın", - deyə rusiyalı diplomat bildirib.