Atatürk bu gün İstiqlal mücadiləsinə başlayıb- - 96 il öncə

Tarixdə bu gün: 19 may
Tarixdə bu gün mayın 19-da 1992-ci ildə Türkiyə hökuməti Ermənistanın Azərbaycana qarşı artan hərbi təcavüzü ilə bağlı yeni bəyanat verib. Bəyanatda bildirilirdi ki, Şuşa və Laçının işğalı, Ermənistanın Naxçıvan üzərinə hücumlarının genişlənməsi Türkiyəni hadisələrə seyrçi qoya bilməz. Türkiyə 1921-ci il Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını nəzərə çatdırıb.

1762 - Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762-1814) anadan olub.

1898 - İtalyan yazıçısı və mütəfəkkiri Yulius Evola (Julius Evola; 1989-1974) anadan olub.

1904 - Rus kinodramaturqu və kino nəzəriyyəçisi Mixail Yuryeviç Bleyman (1904-1973) anadan olub. Sovet dövrünün məşhur ideoloji filmlərinin ("Böyük vətəndaş”, "Kəşfiyyatçının igidliyi” və s.) ssenarisini yazıb.

1907 - Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb. "Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan dərginin redaktoru Ələsgər Əliyev idi. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. M.Ə.Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub.

1910 - Xalq şairi Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 - 1.4.1981) Göyçayda doğulub. Əsərləri: "Qız qalası”, "Lenin”, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür" (poema), "Rənglər" (şeirlər silsiləsi), "Vəfa”, "Görüş” (pyes), "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər" , "Üzü küləyə" kitabları və s. N.Gəncəvinin "Xosrov və Şirin" poemasını, rus (A.Puşkin, M.Lermontov, N.Nekrasov, V.Mayakovski) və Avropa şairlərinin (C.Bayron, H.Heyne və s.) əsərlərini dilimizə tərcümə edib. Respublika Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

1919 - Türkiyədə Milli istiqlal savaşının başladığı gündür. Atatürkü Anma, Gənclik və İdman bayramıdır. I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. 1919-cu il 16 may tarixdə Mustafa Kamal paşa 36-cı Osmanlı padşahı IV Mehmet Vahdeddin tərəfindən İstanbuldan "Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burda İstiqlal (Kurtuluş) mücadiləsini başladıb. Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il "Gənclik və İdman” bayramı kimi qeyd olunub. 1981-ci ildən bəri isə bu bayrama "Atatürkü Anma” günü də əlavə olunub. Bu gün, hər il rəsmi qaydada Atatürkü Anma, Gənclik və İdman bayramı kimi qeyd olunur.

1919 — Versalda ermənilər Azərbaycan və gürcü nümayəndə heyətinin konfederasiya yaratmaq təklifinə qarşı çıxıb.

1919 — BDU-nun təsis komissiyası yaradılıb.

1925 — Amerikalı siyasi xadim və qaraların hüquqlarının müdafiəçisi Malkolm X anadan olub.

1929 — ABŞ-da "Oskar" mükafatı təsis olunub.

1935 - Şair və tərcüməçi Vladimir Əbüləzim oğlu Qafarov (1935 – 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri məhz onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.

1946 - İtaliya aktyoru Mikele Plaçido (Michele Placido) anadan olub. «Sprut» teleserialı (komissar Korrado Kattani rolu) ilə şöhrət qazanıb.

1948 - Amerika aktrisası və müğənnisi Qrey Cons (Grace Jones) anadan olub.

1990 - Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının prezidenti vəzifəsi təsis edilib. Sessiyada Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçilib. Sov. İKP MK-nın baş katibi M.Qorbaçovun SSRİ prezidenti seçilməsindən sonra müttəfiq respublikaların rəhbərləri də eynilə hərəkət etməyə başlamışdılar.

1992 - Türkiyə hökuməti Ermənistanın Azərbaycana qarşı artan hərbi təcavüzü ilə bağlı yeni bəyanat verib. Bəyanatda bildirilirdi ki, Şuşa və Laçının işğalı, Ermənistanın Naxçıvan üzərinə hücumlarının genişlənməsi Türkiyəni hadisələrə seyrçi qoya bilməz. Türkiyə 1921-ci il Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını nəzərə çatdırıb.

1997 — Azərbaycan Avropada adi silahlar haqqında konvensiyaya qoşulub.

1998 — Azərbaycanda "Uşaq hüquqları haqqında" qanun qəbul edilib.

1999 — Sumqayıt şəhər 8 saylı orta məktəbin hərbi dərsində RQD-5 əl qumbarası partlayaraq 6 nəfər ölüb, 18 nəfər yaralanıb.

2000 - Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanına əsasən, 91 məhbus, o cümlədən 1994 (oktyabr) və 1995-ci il (mart) dövlət çevrilişi cəhdlərinə görə məhkum olunmuş 12 nəfər azadlığa çıxıb.

2004 - Prezident İlham Əliyev Brüsselə səfəri gedişində Avropa Komissiyasının sədri Romano Prodi, NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşüb, Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını alyans rəhbərliyinə təqdim edib.