ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı Samirə Mustafayeva yollarını ayırıb.
sabahinfo.az-ın məlumatına görə, cütlük boşanma ərəfəsindədir. Tanınmış teleaparıcılar hazırda ayrı evlərdə yaşayırlar.
Xatırladaq ki, ATV-də "Xəbərlər" proqramının aparıcılığını edən S.Mustafayeva bir müddət öncə telekanaldakı işindən ayrılıb. O, açıqlamasında bundan sonra özünü başqa sahədə sınayacağını bildirib.
Qeyd edək ki, Vaqif Aydınoğlu və Samirə Mustafayeva 2006-cı ildə ailə həyatı qurublar. Onların bu evlilikdən Nuran adlı bir qız övladı dünyaya gəlib./axsam.az/