Fransa və Almaniya Avropa İttifaqını əvəzləyə biləcək "super Avropa dövləti” yaratmaq üçün layihə hazırlayır. sabahinfo.az xəbər verir ki, bu haqda Polşanın TVR dövlət televiziyası iddia irəli sürüb.
Jurnalistlər bildiriblər ki, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer layihəni iyunun 27-də Praqada keçirilən görüş zamanı Vışeqqrad dördlüyünə (Çexiya, Polşa, Slovakiys və Macarıstan) təqdim edəcək. Telekanalın saytında guya Fransa xarici siyasət idarəsinin rəhbəri Jan-Mark Eyro ilə Ştaynmayerin birgə hazırladığı 9 səhifəlik sənəd də yayılıb.
TVR iddia edir ki, layihədə Avropa İttifaqının bugünkü güclü oyunçularından asılı ola biləcək "Vhid Avropa dövləti”nin yaradılması təklif edilir. Bu zaman iştirakçı ölkələr faktiki olaraq öz ordularını, xüsusi xidmətlərini, cinayət məcəllələrini, ayrıca vergi sistemlərini itirəcəklər. Bundan əlavə, dövlətlərin öz valyutaları, yaxud mərkəzi banklarından imtina edəcəyi də gözlənilir.