Bu gün "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyətinin Hədəfləri və Missiyamız mövzusunda mətbuat konfransı keçirilib.
Konfransda "Bakı 2015: I Avropa Oyunlarına dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının elan olunması və Koalisiyanın bəyanatının qəbulu gerçəkləşib. Tədbirdə ziyalılar, eləcə də QHT və media nümayəndələri iştirak edib.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və "Bakıxəbər” qəzetinin təşkilatçılıq etdiyi tədbiri giriş sözüylə Rufiz Qonaqov açıb. BMAM-ın rəhbəri İlk Avropa Oyunlarının ölkəmizin mədəniyyətini bütün dünyaya nümayiş etdirmək baxımından çox önəmli olduğunu bildirib.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafael Becanov da "I Avropa Oyunları: Vətəndaş Cəmiyyətinin məqsəd və vəzifələri mövzusunda çıxış edib. O, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışdı. O, "Bakı 2015”-lə bağlı "qara piar” aparan qüvvələrin istəyinə çatmayacağını vurğuladı. O, bütün xalqı hamılıqla Bakıda təşkil olunacaq İlk Avropa oyunlarında idmançılarımızı dəstəkləməyə çağırdı.
Növbəti çıxışçı "Bakıxəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "I Avropa Oyunları: ölkəmizi tanıtmaq imkanları” mövzusunda məruzə edib:
Daha sonra QHT nümayəndələri və media mənsubları da tədbirlə bağlı fikirlərini bildirib.