Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 3454 ədəd avtomobil idxal edilib.
sabahinfo.Az xəbər verir ki, Report-un Dövlət Gömrük Komitəsindən (DGK) əldə etdiyi məlumata görə, bu, 2015-ci illə müqayisədə 17 min 693 ədəd, yaxud 83,67% (6,1 dəfə) azdır.
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 632 ədəd, yaxud 92,13% (12,7 dəfə) azalaraq 54 ədəd olub.
Əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 15 min 840 ədəd, yaxud 84,16% (6,33 dəfə) azalaraq 2981 ədədə düşüb.
Yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2015-cü ilin ilk 8 ayına nisbətən 1095 ədəd, yaxud 76,20% (4,2 dəfə) azalaraq 342 ədədə enib.
2015-cü ilə nisbətən 2016-cı ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 126 ədəd, yaxud 62,07% (1,61 dəfə) azalaraq 77 ədədə bərabər olub.