Bolqarıstanın məhşur ulduzu Azis Milana Bakıya gəlir.
AzNews.az
 xəbər verir ki, Azis Milana Bakı səhnəsini estrada sənətində öz dəsti 
xətti ilə seçilən azərbaycanlı müğənni Ayan Babakişiyeva ilə bölüşəcək. 
Cütlüyün konserti iyulun 25-nə "Nar şərab”da baş tutacaq.
Konsertin
 təşkilatçısı Samir Xəttab Bolqar popçu ilə Ayan xanımın səhnə 
performansının uğurlu alınacağını deyir. Konsertdə xanım sənətçimizin 
yeni mahnıları kimi onun yenilənən stili də tamaşaçısını heyran qoyacaq.
A.Babakişiyeva həmin günün bayrama çevriləcəyinə söz verib:
"İmici
 ilə fərqlilik yaradan Azis bu konsertdə təəccübləndirə biləcək yeganə 
ifaçı olmayacaq. Möhtəşəm şou, qeyri-adi geyimlərim və səhnə görüntüləri
 hazırlanır. Stilim artıq müəyyən olunub, amma bunu indi açıqlamayıb, 
konsert günü üzərimdə göstərəcəm. Azis səsini dinləyib, bəyəndiyim 
ifaçıdı. Onunla səhnəni məmnuniyyətlə paylaşıb, əsl şou yaradacağımıza 
əminəm”.