Bayden Britaniyaya səfər edib

ABŞ Prezidenti Cozef Bayden Londona gəlib.

Sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, Cozef Bayden Londonda Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə Ukraynaya yardım məsələsini müzakirə edəcək və Kral III Çarlzla görüşəcək. 

İyulun 11-də və 12-də isə ABŞ Prezidenti NATO-nun Litvada keçiriləcək sammitində iştirak edəcək.

Cozef Bayden və Rişi Sunak arasında danışıqların əsas mövzularından biri Ukraynaya kaset bombalarının tədarükü məsələsi olacaq.