ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evdə görüşə dəvət edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Məlumata görə, görüş dekabrın 12-də baş tutacaq, Bayden və Zelenski Ukraynanın təcili ehtiyaclarını müzakirə edəcəklər: "Liderlər Rusiyaya qarşı davam edən mübarizəni və ABŞ-nin Kiyevə davamlı dəstəyinin həyati əhəmiyyətini müzakirə etmək üçün görüşəcəklər".
Ukrayna prezidentinin ofisi Zelenskinin bu gün Vaşinqtona gedəcəyini bildirib.