Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub.
Sabahinfo.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər fevralın 27-də, yerli vaxtla saat 12:00-da onlayn qaydada və "Bay Arena"dakı fan-şopda satışa çıxarılacaq.
İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcəklər. Qiymətlər 8-50 avro aralığındadır.
Qeyd edək ki, martın 14-də reallaşacaq "Bayer 04" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.