Mətbuatda müğənni Aysel Əlizadənin 45 yaşlı Elçin adlı biznesmenlə sevgili olduğu və ona "Porşe" avtomobili hədiyyə etdiyi haqqında xəbərlər yayılıb.
Sabahinfo.az bildirir ki, Aysel Əlizadənin mətbuat katibi Zəminə Rüstəmova teleqraf.com-a açıqlamasında xəbəri təkzib edib:
"Aysel "Porşe" markalı avtomobilləri çox sevir. İki il öncə də "Porşe" sürürdü. Avtomobilin yeni modeli gəldiyinə görə, yeni "Porşe" alıb. Adıçəkilən şəxsə gəlincə, o, Ayselin dostudur. Aysel sənətçidir və cəmiyyətdə tanınan insandır. Onun bütün təbəqələrdən dostlarının olması normaldır. Bunu kimsə şəxsi münasibətə yozursa, hüquqi müstəvidə cəzalanıdırılacaq. Əgər sübut olmadan dostluğu şəxsi münasibətə çevirirlərsə, qanun qarşısında cavab verəcəklər. Yayılan xəbərlər şayiədir".