Azərbaycan Dövlət Filarmoniyasında dövlət xadimi, akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
sabahinfo.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər.
Yubiley gecəsinə eyni zamanda Azərbaycanın "Eurovision-2009”dakı təmsilçisi Aysel Teymurzadə də qatılıb. O, mərasimə həyat yoldaşı-Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının dosenti, pianoçu Murad Adıgözəlzadə ilə birgə gəlib.Tədbirdə görüntülənən Aysel Teymurzadənin növbəti dəfə ana olmağa hazırlaşdığı da məlum olub.
Qeyd edək ki, cütlük 2013-cü ildə ailə həyatı qurub, onların 2 övladı var.