Azərbaycan böyük dövlətlərin hərbi təlimlərində müşahidəçilik edir

Türkiyənin Konya şəhərində ABŞ, Almaniya, İngiltərə, İspaniya, Pakistan, NATO ilə Türkiyənin quru, dəniz və hava qüvvələrinin iştirakı ilə "Anadolu qartalı-2015 / 1” təlimləri başlayıb.

Sabahinfo.az-ın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, təlimin məqsədi döyüş şəraitinə yaxın vəziyyətdə təcrübə, bilik və bacarıqların bölüşdürülməsidir.

Azərbaycan, Braziliya, Əlcəzair, Danimarka, İndoneziya, Estoniya, Mərakeş, Yaponiya, Qətər, Koreya Cümhuriyyəti, Kosova, Livan, Malayziya, Moldova, Monqolustan, Rumıniya, Seneqal, Slovakiya, Sloveniya, Çili, Tacikistan, Tunis və Oman tədbirlərdə müşahidəçi kimi iştirak edir.