Şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova öz çıxışında filologiya fakültəsi olaraq milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürüb. Bu dəyərlərin qorunub saxlanmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, Azərbaycan xalçasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyini vurğulayıb.
Daha sonra milli dəyərlərimizi özündə əks etdirən video-çarx göstərilib və fakültə tələbələrini ifasında milli musiqimizdən ifalar səsləndirilib. Konfransa məqalə verən iştirakçıların çıxışları dinlənilib.
Sonda konfrans iştirakçılarından bəziləri mükafatlandırılıb.